пятница, 22 февраля 2013 г.

facebookda bizi teqib etmeyiniz ucun

resmler

risunok


Mona Liza

ceken : Leonardo da Vinci

karvan

cekdi : Memmedov Faxreddin

cekdi : Suleyman Husenov

naturmort

ceken : Pablo Picasso

ceken : Salvador Dali

ceken : Joan Miro Ferra


ceken : Giotto di Bondone

ceken : Vincent Van Gogh



ceken : Michelengelo

ceken : Edgar Degas

ceken : Rafael

ceken : Valquez Diego

ceken : Paul Gaugin

ceken : Wilhelm von Kobell

ceken : Marc Chagall

ceken : Albrecht Altdorfer





ceken : Julien Dupre

satiliq resmler

satilir

cekdi : Memmedov Fexreddin

olcusu : 60 x 70

qiymeti : razilasma ile

elaqe : 055-926-72-38

cekdi : Memmedov Fexreddin

olcusu : 70 x 80

qiymeti : razilasma ile

elaqe : 055-926-72-38


ressamliq haqqinda


Səttar Bəhlulzadə


Rəssam, qrafik olan Səttar Bəhlulzadə 1909 cu ildə dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində anadan olub. 1927-1931 ci illərdə Azərbaycan İncəsənət texnikomunda təhsil alıb. Səttar Bəhlulzadə 1931-1933-cü illərdə Ə.Əzimzadənin rəhbərliyi altında "Kommunist" qəzetində rəssam-karikaturaçı vəzifəsində çalışmışdır. Sonra isə o, 1933-1940-cı illərdə V.İ. Surikova adına Moskva Dövlət İncəsənət Universitetində təhsil almışdır. O, dünya şöhrətli rəssamlar V.A.Farovski və Q.M. Şeqalın tələbəsi olmuşdur.
O, boyakarlıq sənətində mənzərə janrının yaradıcısı kimi tanınır. Bəhlulzadənin əsərləri daha çox tarixi mövzulardadır və tarixi şəxsiyyətlərin portlərindən ibarətdir. Məs: "Fətəli xan", "Babək üsyanı" və s. O həm də əsl təbiət aşiqi idi. Əsərlərindən də hiss olunur Səttarın təbiətə vurğunluğu.
Onun bir çox ölkələrdə (Praqa, Əlcəzair, Misir, Livan, Suriya, Norveç, Almanya, Tunis, Çexiya, Bolqarıstan, Macarıstan, Kanada, Belçika, Fransa, İraq, Kuba, Rumıniya, Yaponiya və s. ) sərgiləri keçirilmişdir.


Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycan Xalq Rəssamı (1963), Dövlət mükafatı laureatı (1973), boyakarlıq sənətimizdə mənzərə janrının yaradıcılarından biri Səttar Bəhlulzadə bunlardan əlavə bir çox ordenlərə, mükafatlara, adlara sahibdir.
O, 1974-cü ildə Moskva şəhərində vəfat etmiş və Bakının Əmircan qəsəbəsində dəfn olinmuşdur. Onun işləri Azərbaycanda, Rusiyada və digə xarici ölkələrdə saxlanılır. 


Tahir Salahovun heyati


Salahov Tahir Teymur oglu-su, 1928ci ilde Bakida dogulmusdur

1945-ci ilde Bakida Ezimzade adina ressamliq kollecinde oxumusdur...1951-57 ci illerde Moskva dovlet Ressamliq universitetini bitirmisdir.

. Salahov erkən tanınma uddu: onun diplom işi, Moskva ümumittifaq Bədii Sərgisində 1957-ci ildə meydana çıxmış və ictimaini və kritiyi qəbul etmiş onun ata si Teymur Salahov-u Stalinin cəza tədbirinin qurbanı olmuşdu, 1937-ci ildə həbs edilmisdir.... Salahovun . Salahov ziddiyyət təşkil etməyi qənaət edən palitrası qırmızılığını seçdi, qara, işıq və tünd boz tonlar və rəngləmiş düzənliklərə dekorativ funksiya verdi.Onun sonrakı işləri, daha sülh, lirik mücərrəd və Şərqi təsirlər daha aşkardır.... Salahov yaradiciliginda onun portereserleri boyuk ugur getirmisdir....onlara misal "anamin portreti", "aydan",taninmis insanlardan ise "Qara Qarayev","Mirze Elekber Sabir"," Fikret Emirov ", "Resul Rza", ve.s gostermek olar

Salahov 1960-61ci illerde Azerbaycan ressamlar birliyinde katib vezifesinde calismisdir. 1963-74cu illerde Azerbaycan dovlet Incesenet universitetinde ders demisdir.1984-92 ci illerde Moskvadovlet universitetinin bedii yaradicilig kafedrasinin muduru vezifesinde calismisdir.1973-92 ci illerde CCCP ressamlar birliyinde birinci katib vezifesinde calismisdir.ve 1997ci ilde Rus ressamliq akademiyasinin vitse prezidenti secilmisdir....Onun eserleri azerbaycanda Rusiyada ukrainada ve elecede dunyanin bir cox olkelerinde sergilenmisdir

Salahov oz zengin yaradiciligina gore 1965-70ci illerde Azerbaycan dovlet mukafati ile....1968ci ilde CCCP dovet mukafati ile...Lenin ordeni ile....Azerbaycan istiqlal ordeni ile...elecede dunyanin bir cox olkelerinde yuksek mukafatlarla teltif edilmisdir....


Böyükağa Mirzəzadə

Xalq Rəssamı, Dövlət Mükafatı laureatı, Azərbaycan respublikasının Prezidentin Fərdi təqaüdçüsü, "Şöhrət" ordeni ilə təltif edilmiş, mənzərə, natürmort və portret ustası olan, professor Böyükağa Mirzəzadə. Onun rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Böyükağa Mirzəzadə 1921-ci ildə Bakı şəhərində dünyaya gəlib. O, Bakı Rəssamlıq Texnikumunda təhsil almış, sonra isə Moskvada Ali Rəssamlıq Məktəbinə qəbul olunmuşdu. 1940- cı illərdə baş vermiş müharibə onuntəhsilinin yarımçıq qalmasına səbəb oldu. O, sonralar, ali təhsilini Azərbaycan İncəsənət İnstitutunda başa vurdu. Böyükağa Mirzəzadə əmək fəaliyyətinə ilk sənət təhsili aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində başlayıb. Daha sonra o, Azərbaycan İncəsənət İnstitutunda müəllim, dosent, professor və kafedra müdiri kimi işləyib. O, son illər Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. O, həmdə teatırla sıx-sıx əlaqədə idi. Demək olar ki, B. Mirzəzadə, hətta teatr rəssamı idi. Onun yetirdiyi neçə-neçə tələbələri Azərbaycanın məşhur rəssamlarıdır.
Portret janrının ustalarından biri olan Böyükağa Mirzəzadənin dəfələrlə fərdi sərgisi keçirilmişdir.
Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarın əsərləri indi nəinki Azərbaycanın, eləcədə dünyanın məşhur muzeylərində qorunub saxlanılır.
SCHOOL_258
Rəssamliq doğurdan da gözəl sənətlərdən biridi! Həm də rəssamliq özü bir isdedaddir!
Böyük_kişi
Təbii ki, bir zamanlar Azərbaycanda mədəni-maarifin inkişafına başlandığı zaman rəssam tapılmırdı ki, karikaturaları çəksin və hətta alman əsilli rəssam da redaksiyaya dəvət alınmışdı. sonralar çox sənətkarlar meydana çıxdı. Başlanğıcı Əzim Əzimzadədən tutmuş çoxlarını qeyd edə bilərəm.
Hal-hazırda da rəssamlıq sənəti bizdə inkişaf edir. Tahir Salahov bu sənətin ənənələrini gələcək üçün aşılayır. Alqışlanasıdır!!!
Angel_Misha
Çox xoşum gəlir rəssamlıqdan əl qabiliyyətimdə var azdan çoxdan həmişə dizayner olmağıda çox istəmişəm ama razı olmayınlar çox gümankı əgər rəssam olsaydım öz anamın şəklini çəkərdim ispeçalistdə olmasa yenədə istərdim mən balaac vaxtı quya çəkmişdim də 8 martda vermişdim anama hələdə onu saxlayır ama istərdim həqiqi mənada onun qəlbini o şəkildə tamda yarada bilməsəmdə simasını yaradardım ...Rəssamlıq gözəl sənətdi həmişədə rəssamlara həsrətnən baxmışamki görəsən məndə bunu çox istəsəydim alınardı ama olamdı mən düzü burdakı məlumatalrı oxuduqdan sonra özümüzünkülərdən xəbərim oldu xarici rəssam daha çox tanıyıram tşr məlumata görə Haqq 133.gif ...Qaldıki zövqümü oxşayan əsər olubdu atam dubayda olanda orda şəkil cəkdirib qətirmişdi ordakı kənardan döşən bir mənzərə çox xoşuma gəlmişdi... bir ana qucağında uşaq donmuş səkildə belə etraf qar tufan nəbilim çox gözəldi..orda qiyməti düzü çox bahaydı ama atam həmin şəkili verib rasiyada bir rəssama çəkdirib Aleksandır adında demək olarki o şəkil kimi baha olmasada nədə olsa kopiyasidide ama azda pul qetmemisdi helede o sekil qalir o sekile abaxnda eksine meni narahat edir hemde bele dusunumeye en cox aprir dmeek olarki en cox dusunenede o sekile baxiram nebilim ne olan seyi analamiram elebil fikrlesende enyise egerk imenni oturam o sekil qarsisinda :)demek olarki o resmi daha cox baqliyam nedendi ozumde analmiram
NeoNa
Hansı rəssamın hansı əsərlərini görüb bəyənmisiniz?

Eh... sözün düzü inanmıram ki, bu suala kimsə cavab versin başlar daha "maraqlı" mövzulara qarışıb 214.gif

Odur ki bir - iki əsəri sizlərə təqdim edirəm





BARSA-1899
Əzim Əzimzadə



Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Azərbaycanın xalq rəssamı olan Əzim Əzimzadə xüsusi rəssamlıq təhsili almamışdır. Yaradıcılığı əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbindən və rus rəssamlıq məktəbindən daha çox bəhrələnmişdir. Rəssamlığa isə əsasən məşhur "Molla Nəsrəddin" jurnalından başlayıb.

1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. 1932-ci ildə o, indinin özünə qədər də fəaliyyət göstərən rəssamlıq məktəbini açır və ona rəhbərlik edir.

Əzimzadənin əsərlərinin əsas mövzusu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

Yaradıcılığında obrazlılıq yığcamlıq olmaqla o, mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğu ədalətsizliyə qarşı çıxış edir. O, dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.

Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təsiri olmuşdur. Əsərləri dünyanın bir sıra başqa muzeylərində nümayiş etdirilmişdir. 1940-cı ildən isə fərdi sərgiləri nümayiş etdirilmişdir. Bakıda keçirilən birinci sərgidə rəssamın 1200-dən çox əsəri nümayiş etdirilmişdir. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-37-ci illərdə isə direktor olmuşdur.

Əzim Aslan oğlu Əzimzadə 1943-cü il 15 mayda Bakıda vəfat etmişdir.
Bakı Rəssamlıq Texnikumu, Bakı küçələrindən biri onun adı ilə adlanır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.
musician
ressamlar barede onu deye bilerem ki.onlarin gorduyunu her adam gore bilmez.onlarin gozunde dunya tamam bashqa cure gorunur.resamlarla unsiyyet yaratmaq gozeldi.bir ressamin adini cekim Tahir salaxov .resamlar resmde cansiz her bir seyi canlandirmagi bacarirlar bu ise cox gozel istedaddi
MIRANDA_KERR
Azerbaycanin xalq ressami Əzim Əzimzadə haqqinda

Əzim Əzimzadə 30 aprel 1880-ci ildə anadan olub. Əsl adı Əbdül Əzim olan bu kiçik oğlan ilk təhsilini molla məktəbində alıb və 1889-cu ildə ibtidai məktəbi bitirib. 1906-cı il, may ayının 19-da "Molla Nəsrəddin"in 7-ci nömrəsində Əzim Əzimzadənin ilk rəsmi ("İrşad"ın müştəsiri) çap olunmuşdu. 1912-1913-cü illərdə Azərbaycan və rus dillərində nəşr olunan satira jurnalları ("Kəliniyyət", "Baraban", "Biç"), 1922-1931-ci illərdə isə "Molla Nəsrəddin" jurnalı üçün Əzimzadə yüzlərlə karikatura və yumoristik rəsmlər çəkib. O öz rəsmlərini əksər hallarda, gizli imzalar altında çap etdirirdi. 1914-cü ildə Əzimzadə Sabirin "Hophopnamə"sində özünün ilk illustrasiyalar silsiləsini yaradıb. Əzimzadə həmçinin də "Zənbur" jurnalını kəsərli karikaturalar, satirik rəsmlərlə təmin edib. Bundan əlavə, rəssam Azərbaycan Dövlət Dram Teatrında bədii hissə müdiri vəzifəsində çalıb, neçə-neçə tamaşaya bədii tərtibat verib.
Təəssüf ki, o, tarixi qələbə gününə qədər yaşamadı, 1943-cü ilin iyun ayında böyük sənətkarın ürəyi həmişəlik dayandı.
Azərbaycan xalqı Əzimzadə sənətini cox yüksək qiymətləndirir. Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə Əzim Əzimzadənin adı verilib.


o qeder ressam adi yaz bilerem...Böyükağa Mirzezade,Ezim Ezimzade,Hafiz Memmedov,Maral Rehmanzade,Tahir Salahov....
ölürem resm çekmek üçün 102.gif ..ama portret çekmekde bir az prbl var çünki başa adami fikirleşib çekirem başqasi alinir,getirib mamagile gösterirem deyirler aaaaaaaa bu filankesdi mende 101.gif meetel qaliram axi men onu çekmek istemedim...uje heç ne çekmirem mama bezib deyir bütün evi boya eliyirem..sora keçdim qelemnen çekdim onlardanda 1 dene qalmiyib hamisini kimse isteyib mende vermişem gedib..vallah şekili çekib qurtarandan sora meetel qaliramki bunu men çekmişem 101.gif ...


Azerbaycanin Xalq ressami Maral Rehmanzade haqqinda

Maral Yusif qızı Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakıda anadan olub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuyub, 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.
M.Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkarlarımızdandır. O, qrafika sahəsində xüsusilə məhsuldar çalışıb, kitab qrafikası sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Onun xüsusən klassiklərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi illüstrasiyalar oxucuya əsərlərin məzmunu və qayəsinin obrazlı çatdırılmasında əhəmiyyətli vasitə olub. Rəssamın portret janrında yüksək sənətkarlıq nümunəsi sayılan əsərləri isə özünəməxsusluğu və nikbin ruhu ilə səciyyələnir.
M.Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib, silsilə qravüralar yaradıb. Bununla yanaşı, rəssamın əl işləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın digər şəhərlərinin tanınmış muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilməklə Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirib. Onun xarici ölkələrdə dəfələrlə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medalla təltif edilib, «Şöhrət» ordeninə layiq görülüb. O, prezidentin fərdi təqaüdçüsü idi.
professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın Maral Rəhmanzadə 2008-ci il martın 16-da 92 yaşında vəfat edib.
Felix
Uşaq olanda sərgiyə getmişdim rəssamlırımızıın sərgisi idi..Çox maraqlı gəlmişdi o şəkillər..Bəlkə kimsə rəssamlarımızıın sərgiləri barədə məlumatı ola..Çox istərdim yenidən gedim,illər sonra yenidən .
AbuGirl
RESSAMLIQla meshgul olan insanlar, yani ressamlar insanlarin ruhunu gormeyi bacaran insanlardir. taninmish ,shohretli Azerbaycan ressamı Settar Behlulzadenin evi bizim mehlededir.
gulgun2
Cox maraqli movzudu esasende menum ucun.Daha dogrusu movzu deyilde,menim heyatimin boyuk bir hissesidi- RESSAMLIQ.Gozumu bu dunyaya acandan atam terefinden incesenet ruhuyla,sevgisiyle ashilanmisham.Eger icinde incesenete qarshi sevgi,anlayish,hissiyat,mehebbet varsa, demeli sen heyatin gozelliklerini,yaradanin boyukluyunu,dunyanin mocuzelerini gore bilirsen.Menim atamda bunlarin hamisi vardi.Ve men de atamin gozlerinden oyrenmishem sevmeyi.Bu seneti sevmeyi.Allah her bir bendesine oz yaradiciliq gucunden, balaca bir zerrecik verib.Eger hansisa bir ressam yaratdigi eserinde,bashqalarini az da olsa dushundure,sevindire bilirse,demeli bu uje boyuk bir ugurdu.Men sevirem akvarelin,yagli boyanin,quashin,hetta sade karandashin qoxusunu.
Bir gun atam eve geldi.Uzunde sevinc variydi,cibinden balaca bir gul cixardi,o qeder balacaydi ki,gozle secmek mumkun olmurdu.Tez atam boyuducu getirdi,gule boyuducuyle baxdiq.Atam dedi:"gorursuz bu gozelliyi,gorursuz allah ne gozellikler yaradib." Men deyimki,heyatin en gorunmeyen gozelliklerin,incesenet adamlari daha yaxshi gorur,daha derin yashayir .Adi guneshin batishini atam nece izleyir.Ve her defe "Qizim bu gozellikleri duymamaq boyuk gunahdi"deyir.
Ne ise.Atam "Ezim Ezimzade adina Dovlet Incesenet Texnukomu"nu oxuyub.Ressamliqla xobbi kimi yox,esl senet kimi meshgul olub.Xarici dovletlerde defelerle sergisi de olub.Atam hemishe dediyi kimi,senetkara sagliginda deyer verilmir.Dovlet sahib cixmir.Nece ki,Settar Behlulzadeye olduyunden sonra, deyer verildiyi kimi.Bashqa vaxt movzuya bir daha qayidacagam.Mutleq qayidacagam.Eger mumkun olarsa,atamin eserlerinden de bu sehifeye yerleshdirerem.
Tanidigim ressamlar saysiz hesabsiz.Azerbaycan ressamlarindan daha cox eserlerini sevdiyim Sabir Memmedov(atam), Settar Behlulzade,Tahir Salahovdu.Ara-ara muzeylere de gedirem.Umumiyyetle daha cox akvarelle ishlenmish menzere eserleri xoshuma gelir.Baxdiqca doyammiram.meni dushundurur.Atamin akvarelle bir ishi var.Yagishli havadi,uzaqda adamlar,yolun qiragindan dushen ishiqlar.Hec ne deqiq gorunmur.Men bu ishe 1-ci defe baxanda,gozlerim doldu.bilmirem niye.Ama mene en coxtesir edenlerden idi.
Belkede hec adini eshitmezsiz Katib Memmedov.Azerbaycanli heykelterash.Yaradiciliq yoluna Azerbaycanda bashlamadigina gore,Azerbaycanda taninmayan ama Rusiyada,Ukranyada adlar almish taninmish heykeltarashdi.Cox heyfsilenirem ki,bele bir Azerbaycanli heykeltarasha birinci Azerbaycan deyil,mehz bashqa dovletler sahib cixir.
Cox yazdim deyesen.Movzu meni dushundurdu.Teshekkur edirem "naqq".Minnetdaram.
_L_A_D_Y_
Rəssamlıq sənəti çox incə,maraq doğuran,insan ruhunu oxşayan,görmədiyimiz bəzi məqamlarda olan gözəllikləri bizlərə aşılayan gzəl bir sənət növüdür.Mən rəssamların çəkdikləri əsərlərdə öz ürəklərini təsvir edə biləcəkləri bir ruh insanı onlara qibtə etməyə çağırır.Səhv etmirəmsə Tahir Salaxov bu incəsənətin növü ilə məşğul olanlardandı.Qızı da Aydan Salaxova atasının yolunu davam edir.Moskvada "Aydan Qaleriyası" bu xanımın adı ilə bağlıdı,hətta onun yaradıcısıdır
selos
Rəssamlıq çox gözəl istedaddır. Məndə sizə kiçik bir rəssamın əl işlərini təqdim etmək istərdim 100.gif

gulgun2
Rəssam Sabir Məmmədovdan yağlı boya ilə çəkilmiş "Balaca çoban" adlı bir əsər. 
gulgun2
Sabir Məmmədov "Dədə Qorqud"


"İlanlı dağ"




gulgun2
"Toy"


MaKu
Uşaqlıqdan çox böyük marağım olub.Orta məktəbdə Ədəbiyyat kitabına baxıb şair və yazıcıların şəkillərini çəkirdim.Çox da bəyənilirdi görənlər tərəfindən.
Orta məktəbdə demək olar ki,bütün tədbirlərin şəkil çəkmək kimi işlərini mənə tapşırırdılar 109.gif


P.S Şah İsmayıl Xətainin şəklini çəkəndə demək olar ki,birə-bir bənzədirdim
PANDA55
Togrul Nerimanbeyov






Nerimanbeyov Togrul Ferman oglu 1930 - cu ilde dogma Azerbaycanda Baki sheherinde dogulmusdur.
1950-ci ilde Ezim Ezimzade adina Azerbaycan dovlet ressamliq mektebini bitirmisdir
1955 ci ilde Litvanin Vilnyus sheherinde Litva dovlet Ressamliq inustutunu bitirmisdir, ve CCCP Ressamlar birliyine qebul olunmusdur
1964 -cu ilde Azerbaycanin emekdar ressami adini almisdir Bundan sonra cox kecmeden 1967ci ilde Azerbaycan Xalq Ressami adina Layiq gorulmusdur
Ressam Dunyada ve elecede Azebaycanda bir cox order medal diplom ve fexri adlarin sahibidir
1974 cu ilde Fikret emirovun "nesimi haqqinda poema" baletnin tertibatina gore CCP dovrunde Azerbaycan dovlet mukafatina layiq gorulmusdur
1980 ci ilde yeniden Fikret Emirovun "Min bir gece" boletinin tertibatina gore CCP -i dovlet mukafatiyla teltif olunmusdur
Azerbaycan Dovlet Incesenet muzeyinde, Azerbaycan Medeniyyet nazirliyinde Moskva Ressamlar birliyinde ve Moskvanin bir cox incesenet muzey, birlik,fondlarinda Nerimanbeyovun eserleri qorunur saxlanilir
Dunyanin bir cox olkelerinde Cexlovakiyada Moskvada Hindistanda Fransada Litvada ve bir cox olkelerinde muxtelif illerde onun sergileri olmusdur